6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

Emiliano Salanın ölümü təsdiqləndi

"Nant"dan "Kardiff Siti"ə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı. 
 
Futbolxeber.az saytının məlumatına görə, argentinalı forvardı Kardiffə aparan təyyarə La-Manş yatağının dərinliklərində tapılmışdı. Təyyarənin içində olan cəsədin Emiliano Sala olduğu təsdiqlənib. Məlumatı Dorset polisi yayıb.
 
28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Bundan əlavə, o, "Nant"dakı komanda yoldaşları ilə sağollaşmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.
 
Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31