3 Fevral 2026, Çərşənbə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

"O, bizi seçmədi"

Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço “Mançester Siti”də olarkən, “Bavariya”nın təklifini rədd edib.
 
Futbolxeber.az saytının məlumatına görə, Münhen təmsilçisinin idman direktoru Həsən Salihamiciç Almaniya mətbuatına açıqlamasında məsələ haqda bunları deyib: "Sanço "Mançester Siti"də olanda, onu transfer etmək istəyirdik. Klubla danışıqlarımız da olmuşdu. Ancaq Sanço bizə gəlmək istəmədi. O, bizi deyil, “Borussiya”nı seçdi”.
 
2017-ci ildə 8 milyon avro qarşılığında “Borussiya”ya transfer edilən Sanço, cari mövsümdə Bundesliqada 11 qarşılaşmada iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Sanço ilə “Yuventus” yaxından maraqlanır. İngilis futbolçunun transfer dəyəri 70 milyon avro müəyyənləşdirilib. O, bir dəfə də İngiltərə millisinin formasını geyinib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28