5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Xarici futbol

Mamayevlə Kokorin 2 ay həbsdə qalacaq

"Krasnodar"ın futbolçusu Pavel Mamayevlə "Zenit"in hücumçusu Aleksandr Kokorin sərxoş halda iki məmuru - Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi “NAMİ”-nin rəhbəri Sergey Qasin və "Birinci kanal"ın əməkdaşını döymələri səbəbindən saxlanılmışdılar.
 
Futbolxeber.az saytının məlumatına görə, hər iki futbolçu dekabrın 8-nə kimi həbs edilib. Xuliqanlıqda ittiham edilən futbolçular məhkəmə prosesində etdikləri hərəkətə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, məhkəmə həbs-qətimkan tədbiri seçib.
 
Dekabrın 8-də növbəti məhkəmə prosesi keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30