27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Xarici futbol

Cenk Tosun: "O, bizə ancaq hücum futbolu oynadır"

“Everton”un futbolçusu Cenk Tosun İngiltərənin “Daily Maily” nəşrinə açıqlama verib.
 
Futbolxəbər.az saytının məlumatına görə, türkiyəli yeni baş məşqçi Marko Silva ilə əvvəlkindən daha fərqli futbol oynadıqlarını deyib:
 
“Əvvəlcə Sem Ellerdaysa məni bura gətirdiyi üçün təşəkkür edirəm. Onun oyun tərzi daha çox əks-hücumlara bağlı idi. “Gözlə və qazan” prinsipi ilə meydana çıxırdıq.
 
Lakin Marko Silva tamam fərqlidir. O, bizə ancaq hücum futbolu oynadır. Onunla çoxlu söhbətlər edirik, bəzən məni ofisinə çağırır. Hər dəfə ondan yeni şeylər öyrənirəm.
 
“Everton” azarkeşləri döyüşkən futbolçuları sevir. Mən də onlardan biri olmaq istəyirəm. Komanda mənim istifadə edə bilmədiyim qol epizodlarına görə məğlub olursa, bütün gecəni bu haqda düşünürəm. Bəzən elə olur 3 gün evdən çıxmıram. Azarkeşlərlə bir yerdə olmaq insanda xoş əhval-ruhiyyə yaradır. Küçələrdə adım yazılmış formanı geyinmiş insanları görmək məni qürurlandırır”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31