1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

Ronaldo “Yuventus”a keçidinin səbəbini açıqladı: “O hadisədən sonra...”

Kriştianu Ronaldo “Yuventus”a keçidindən danışıb.

Futbolxeber.az saytının “Sky Sport İtalia”ya istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz bildirib ki, klubunu dəyişməsində turinli azarkeşlərin rolu olub:

“Çempionlar Liqasının 1/4 finalında gələcək klubumun qapısına vurduğum qolu xatırlayıram. Həmin anda çox şad idim. Təkcə ona görə yox ki, o cür qol vurmuşdum.

Həm də ona sevinirdim ki, “Yuventus”un azarkeşləri məni alqışlayırdılar. Bu, məni şoka saldı. Turin klubunu əvvəllər də bəyənirdim. O hadisədən sonra komandaya rəğbətim daha da artdı.

Təbii, keçidimdə təkcə o qol rol oynamayıb. Lakin bu amilin də təsiri olub. “Yuventus” böyük klubdur. Burada yeni şans qazanmışam. Menecerimə də demişdim ki, “Real”ı yalnız “Yuventus”a görə tərk edə bilərdim”.  

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30