4 Iyun 2025, Çərşənbə
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi

Xarici futbol

Dadaşov qol vurdu, komandası qalib gəldi

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib. Futbolxeber.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Altqlinike” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da futbolçumuz vurub. Belə ki, o, 31-ci dəqiqədə hesabı açıb.
 
Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdırıb.
 
"Dinamo" hazırda 46 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30