1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Xarici futbol

Muradov qol vurdu, komandası uduzdu

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib. Futbolxeber.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Bohemians” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Rövlan da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 33-cü dəqiqədə məhz Muradov vurub. U-19 millimizin kapitanı olan Fərid isə bu qarşılaşmada iştirak etməyib.
 
“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 8-ci sırada qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30