9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Kasilyas “Liverpul”un hədəfində

“Portu”nun qapıçısı İker Kasilyas karyerasını Dumanlı Albionda davam etdirə bilər.

Futbolxeber.az saytının məlumatına görə, ispan qolkiper yanvarda hazırkı klubundan ayrılacaq. Buna səbəb maliyyə “fair play”idir.

Hazırda “Portu”nun maliyyə durumu araşdırılır. Buna görə də klub rəhbərliyi illik əmək haqqısı 5 milyon avro olan Kasilyasla vidalaşmaqla vəziyyətini düzəltmək istəyir. 

“Liverpul” ispan qapıçını transfer etməyi planlaşdırır. Simon Minole və Loris Kariusun inamsız çıxışı “qırmızılar”ı qapı xəttini gücləndirməyə vadar edir. “Liverpul”la yanaşı,m “Nyukasl” da İkerin xidmətində maraqlıdır. 

Qeyd edək ki, bu mövsüm əla oyun sərgiləyən 36 yaşlı qapıçı Portuqaliya çempionatında meydana çıxdığı 8 oyundan 6-da qapısını toxunulmaz saxlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31