8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

"Beşiktaş"ın prezidenti: “Niyə Super Kubok matçını Azərbaycanda keçirmirik?”

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.
 
Futbolxeber.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında “Leytsbiq”lə oyun öncəsi o, qardaş ölkə futbolunun problemlərindən danışıb.
 
Orman Türkiyə futbolunu dünmyaya tanıtmaq üçün müxtəlif yolların olduğunu bildirib. O, söhbət əsnasında superkubok matçının Azərbaycan və ya Qətər kimi ölkələrdə keçirməyin tərəfdarı olduğunu deyib: “Ötən mövsüm İtaliya superkubokunda “Milan” – “Yuventus” oyunu Dohada keçirildi. Biz niyə Azərbaycanda, Qətərdə Super Kubok matçı keçirmirik? Ölkə futbolunu tanıtmaq üçün bu lazımdır. İtaliya, İspaniya bunu edərkən biz niyə etmirik? Tanzaniyada “Mançester Yunayted”in oyununa baxa bilirsən. Bu markadır”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31