3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Xarici futbol

“Bəxtimiz gətirmədi” - “Kopenhagen”in baş məşqçisi

“Biz bu gun yaxşı oynadıq. 6-7 qol imkanı əldə etdik. Rəqibin isə 2 belə imkanı oldu və bu şansdan yaxşı istifadə edərək onlardan birini qola çevirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stal Solbakken “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

O bildirib ki, komandasının cavab matçında bəxti gətirməyib: “Biz oyunda üstünlüyə yiyələndiyimiz vaxtda Santander zədələndi. Onu müəyyən müddətə itirə bilərik”.

49 yaşlı məşqçi ümumilikdə komandasının oyunundan razılıq edib: “Əgər biz hər iki matçda da belə çıxış etsəydik, qrupa vəsiqə qazanardıq. Bugünkü matç barədə onu da deyə bilərəm ki, yaxşı oyun alındı”.

Xatırladaq ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən (Bakıda 1:0, səfərdə 1:2) tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30