5 Noyabr 2026, Cümə axşamı
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”

Xarici futbol

“Barselona”dan Koutinyo üçün dördüncü təklif

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Filippe Koutinyonun transferi üçün İngiltərə “Liverpul”una dördüncü dəfə təklif göndərəcək.

Futbolxeber.az saytının məlumatına görə, kataloniyalılar 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün mersisaydlılara 138 milyon funt sterlinq ödəməyə hazırdırlar. Bu məbləğin 101 milyonu dərhal, 37 milyonu isə bonus şəklində “Liverpul”un hesabına köçürüləcək.

Qeyd edək ki, “Barselona” sonuncu dəfə “Liverpul”a 118 milyon funt sterlinq təklif edib. 2013-cü ildə İtaliya “İnter”indən İngiltərə təmsilçisinə keçən Filippe Koutinyonun özü də “Barselona”ya transfer olunmaqda israrlıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30