6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Xarici futbol

Marina Tankaskaya: “İslamiadada çempion olacağımıza inanırıq”

“Özbəkistana qarşı oyunumuz uğurlu alımdı. Yarışa istədiyimiz kimi start vermişik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri həndbolçu qadınlardan ibarət milli komandamızın aparıcı üzvü Marina Tankaskaya deyib.

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması ikinci görüşündə Özbəkistanı 47:21 hesabı ilə üstələyib.

Görüşdən sonra sualları cavablandıran Tankaskaya hədəflərinin çempionluq olduğunu bildirib:

“Ardıcıl 2 qələbə qazanmışıq. İlk turda oyunumuz çətin alındı. Kamerun yığması güclü rəqibdir. Onlarla oyun xala-xal prinsipi ilə davam etdi. Yekunda rəqibin müqavimətini qıra bildik.

Növbəti matçda Türkiyə millisi ilə üz-üzə gələcəyik. Bu görüşdə qrup qalibinin adı məlum olacaq. Rəqib hər nə qədər güclü olsa da, biz qrupda ilk yeri tutmaq istəyirik.

Hədəfimiz qızıl medallardır. Hər birimiz İslamiadada çempion olacağımıza inanırıq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30