1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

Rusiyada “Spartak”, Ukraynada “Şaxtyor”…

Futbol üzrə Rusiya və Ukrayna çempionatında yeni çempionlar müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, bunlar “Spartak” (Moskva) və “Şaxtyor” (Donetsk) klubudur.
 
Moskva təmsilçisinin əsas izləyicilərindən olan “Zenit” ötən gün öz meydanında “Terek”ə uduzub (0:1) və üçüncü pillədə qalıb. Beləliklə, çempionatın bitməsinə 3 tur qalmış 63 xalı olan lider “Spartak”la ikinci yerdəki ÇSKA (53 xal) arasında 10, “Zenit” (52 xal) arasında isə 11 xallıq fərq yaranıb. Bu da “Spartak”ın 10-cu Rusiya çempionluğu olub. Komanda sonuncu dəfə 2001-ci ildə yarışı birinci yerdə başa vurmuşdu.
 
Ukraynada isə Donetsk təmsilçisi 28 turdan sonra 75 xalla birinci pillədə qərarlaşıb. Bu komandanın əsas izləyicisi "Dinamo"nun isə sona 4 tur qalmış 61 xalı var. Qalan turlarda Kiyev təmsilçisi əzəli rəqibinə çata bilməyəcəyindən "Şaxtyor"un erkən çempionluğa sevinib. "Spartak" kimi, "Şaxtyor" da tarixində 10-cu çempionluğunu rəsmiləşdirib. Donetsklilər bu baxımdan yalnız Kiyev "Dinamo"sundan geri qalırlar - 15 çempionluq. "Şaxtyor" sonuncu dəfə 2014-cü ildə Ukrayna çempionu olmuşdu.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30