6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Xarici futbol

"Qarabağ”ın rəqibləri üçün uğursuz gün

Avroliqada “Qarabağ”la eyni qrupda yer alan PAOK, “Slovan” və “Fiorentina” ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, Çexiya çempionatının 13-cü turunda “Slovan” öz meydanında “Sparta”nı qəbul edib. Son 2 turda qələbəyə həsrət qalan Liberets təmsilçisi bu dəfə də 3 xal qazana bilməyib - 0:0. 14 xalı olan “Slovan” turnir cədvəlində 9-cu yeri tutur.

Ardıcıl iki dəfə “Qarabağ”a uduzan PAOK Yunanıstan çempionatının 8-ci turunda “Panionis”in qonağı olub. İlk yarıda qapısında qol görən Saloniki təmsilçisi meydandan məğlub ayrılıb - 0:1. 8 turdan sonra PAOK 11 xalla 7-ci yeri tutur.

“Fiorentina” isə “A” seriyasının 12-ci turunda öz meydanında “Sampdoriya”nı sınağa çəkib. Matç 1:1 hesabı ilə başa çatıb. Florensiya klubu 37-ci dəqiqədə Bernardeskinin qolu ilə hesabda önə keçsə də, ikinci yarıda “Sampdoriya” yenilgidən qaçıb. Hazırda 17 xalı “Fiorentina” 8-ci pillədə qərarlaşıb.    








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30