Xarici futbol
Ölməzliyin 116-cı anı
Bu gün “Milan” klubunun 116 yaşı tamam olur. Futbolxeber.az saytı ötən il tanınmış yazar, şərhçi Rüstəm Əfsərlinin bir il əvvəl bu klubda qələmə aldığı yazını təqdim edir:
Dekabrın 16-sı İtaliyada böyük gündür. Çünki məhz bu gündə Apenninlərin qüruru və dünya futbolunun tarixində silinməz iz qoymuş “Milan” futbol klubu yaradılıb.
“Milan” o qədər böyük klubdur ki, onun tarixindən gəlib-keçmiş bütün dahiləri sadalamağa ömür yetməz. Taktika “quru”ları olan məşqçilər, parlaqlığı göz qamaşdıran saysız-hesabsız ulduz futbolçular, “Casa Milan”dakı muzeyi dolduran kubok və mükafatlar, dünya çempionları, Avropa fatehləri... Onların hər birinin “qırmızı-qara” tarixdə özünəməxsus, qiymətləndirilməsi mümkün olmayan yerləri və xidmətləri var, amma özümdə cürət tapıb böyüklərin arasından “ən”ləri seçməyə qərar verdim.
Bu seçim subyektivdir. Anlayışla qarşılamağa çalışın.

Onların ayırmaq mümkün deyil. Biri - Evdards - klubun yaradıcısı və ilk prezidenti, digəri - Kilpin (fotoda) - milyonlarla qəlbi fəth etmiş “qırmızı-qara” zolaqlı formanın ideya müəllifi və komandanın ilk baş məşqçisi.
Nereo Rokko

Ona qədər “Milan” bir neçə İtaliya çempionluğu qazanıb özünü Apenninlərin güclü komandası kimi təsdiqləmişdi, amma məhz Rokko klubu ölməzlər sırasına qaldırdı. Üst-üstə hamıdan çox – 9 il “Milan”ı oyunlara çıxarmış “El Paron” (Triest ləhcəsində “Usta”) komanda ilə hər şey qazanıb. Ən əsası, ilk dəfə məhz onun dövründə klub Çempionlar Kubokunu muzeyinə gətirib.
Qunnar Qren/Qunnar Nordal/Nils Lidholm

Berluskoniyə qədərki – Rokko dövrünün ən vacib futbolçuları. Birzamanlar İtaliyada isveçli futbolçulara dəb formalaşmışdı. Məhz bu dəb də “Qre-No-Li” – Qunnar Qren – Qunnar Nordal – Nils Lidholm üçlüyünü “Moda şəhəri”nə gətirmişdi. Nordal indiyədək 268 qolla “rossoneri” tarixinin ən məhsuldar futbolçusu adını qoruyur.
Silvio Berluskoni
Bu özünəməxsus reytinqi əslində məhz onunla bitirməli idik, amma həm xronologiya, həm də 1986-cı ildə klubun həyatında baş verən və onun tarixini iki möhtəşəm hissəyə bölən bir hadisə Silvio Berluskoninin adını məhz burada xatırlamağa təhrik edir. Bundan sonrakı abzasların hər birinin səbəbkarı məhz odur. Dəyişilməz prezident, boss. Bu gün O, “Milan”dır. “Milan” elə Odur.
Arriqo Sakki

Dünya futbolunu son 50 ildə ciddi şəkildə dəyişən və İtaliyanı 80-90-cı illərdə planetin futbol mərkəzi edən şəxs. Titulları Arriqo Sakki barədə çox şeyə deyə bilər, amma bu sözlər onun “Milan”ının – qarşısına çıxan hamını və hər şeyi gözəgəlimli inqilabi futbolu ilə məhv edən komandanın oyunu görənlərə heç bir halda kifayət etməz. Sakki milyonların sevimli oyununa yeni nəfəs gətirdi, “Qre-No-Li” üçlüyünü Van Basten – Raykard – Qullitin simasında bərpa elədi və növbəti abzasda sözügedənləri bizim bildiyimiz və tanıdığımız şəkildə azarkeşləri bəxş etdi.
Paolo Maldini/Franko Barezi

“Milan” tarixində söz demiş saysız ulduzu onlarla kateqoriyaya bölmək, bombardirlərdən, döyüşçülərdən, qolçulardan danışmaq olar. Amma Maldini – Barezi cütlüyünü nə bölmək, nə də ayırmaq mümkündür. Onlar “Milan” futbolunun apofeozu, İtaliya futbolunun ruhu, müdafiəçi ampulasının kimlik kartıdır. Onlar klubun bir də heç kəsə vermək istəmədiyi 3 və 6 nömrələrin sahibləridir.
Fabio Kapello

Rusiya yığmasının keçmiş məşqçisini çətin xarakteri, oynatdığı ultramüdafiə futbolu, ulduzlarla yola gedə bilməməsinə görə çoxları sevmir. Lakin birvaxtlar “dahi məşqçi” söz birləşməsinin yanında mütləq “Fabio Kapello” ad-soyadı gəlirdi. “Milan”a verdikərinə görə, “Milan”ın ona verdiklərinə görə. Kapelloya klub tarixində əvəzedilməz yeri tutmaq üçün isə tək 1994-cü il Çempionar Liqasının finalında tamamilə əks qütbdə yerləşən dahi Kroyfun dahi “Drim-Tim”ini o günə qoyması yetər.
Karlo Ançelotti

Sonuncu Mogikan. Özünü “Milanello”da tapmış və ölməz klubu bir neçə illik bataqlıqdan çıxarmış şəxs. “İstanbul trilleri”nin və iki il sonra yaşanan “Afina qisası”nın canlı şahidi. O bir gün dönəcək, bəlkə yenə “Milan”ı həyata qaytaracaq, onu çempion edəcək, Çempionlar Liqası qazanacaq. Amma dönməsə belə, qorxulu deyil.
Çünki “Milan” və onun tarixi (o cümlədən gələcəyi də) ucu-bucağı görünməyən qalaktika okeanıdır. O qalaktikadakı evdardslar/kilpinlər, rokkolar, qre-no-lilər, berluskonilər, sakkilər, maldinilər/barezilər, kapellolar, ançelottilər və onlarla digərləri isə parlayıb sönən ulduzlardır.
Buon Compleanno, AC Milan! Buon 116 anni!
Rüstəm ƏFSƏRLİ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
07.11.2026
06.11.2026
05.11.2026























