11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Xarici futbol

Azərbaycan millisinin qənimi Avropa çempionatı ilə vidalaşdı

Bolqarıstanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında ilk yarımfinalçılar müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, Xorvatiya yığması penaltilər seriyasında Belçikaya uduzub - 1:1 (pen - 3:5). Digər 1/4 final oyununda da qalib penaltilərlə aşkarlanıb. İspaniya və Almaniya matçında qapılara qol vurulmayıb. Penaltilər seriyasında dəqiq oynayan (4:2) Almaniya millisi yarımfinala adlayıb.

Qeyd edək ki, digər 2 1/4 final oyunu sabah keçiriləcək. Fransa İtaliya ilə, İngiltərə isə Rusiya ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu gün qitə çempionatı ilə vidalaşan Xorvatiya yığması məhz Bakıda keçirilən Elit raundda qrup qalibi olmaqla Avropa çempionatına vəsiqə qazanmışdı. Həlledici mərhələdə Xorvatiya, milli komandamızı 4:0 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31