Xarici futbol
Azərbaycanlıları da geyindirən böyük firmanın kiçik klubu
Bütün çempionatların əsas bəzəyi ən yüksək zirvə, yəni çempionluq uğrunda mübarizədi. "Çempion kim olacaq, avrokuboklara kim gedəcək" sualları əsas diqqətləri ilk pillələrə yönəldir. Ancaq çempionatın "zirzəmi"sində bəzi klublar var ki, onları yuxarılar ümumiyyətlə maraqlandırmır. Onlar durduqları mövqenin başqalarına məxsus olduğunu bilirlər. Və çempionatın sonunu qorxuyla gözləyirlər. Bir növ kirayə haqqını ödəməmiş kirayəşinin evdən atılmaq qorxusu kimi. Bəziləri isə həsrətlə kirayəsini ödəyə bilməyən bu kirayəşinlərin "ev"inə göz dikir, həsrətlə onların yerində olmağı gözləyir. Bəs kimdi bu vaxtını gözləyənlər?
Söhbətin yəqin ki, aşağı liqalardan getdiyini anladız. Yüksək liqalara göz dikənlərin çoxu əvvəllər bu liqalarda çıxış edib, sonradan "ev"dən atılanlardı. Bu klublar çox vaxt aşağı liqada bir il "cəza" çəkdikdən sonra yüksək liqada yenidən peyda olurlar. Amma ikinci liqada elə klublar var ki, onlar heç vaxt güclülər arasında olmağın ləzzətini yaşamayıblar. Belə klublardan biri də hazırda İtaliya B seriyasında diqqətləri üzərinə çəkən "Karpi"di.
Kiçik şəhərin...
İtaliya B seriyasının lideri olan "Karpi" Avropanın ən güclü beş liqasından bir addımlıq məsafədə olsa da, istər heyət, istərsə də təmsil etdiyi şəhər baxımından demək olar ki, tanınmır. Əvvəlcə klubun təmsil etdiyi şəhərə nəzər salaq.

Tipik kiçik Avropa şəhəri olan Karpi İtaliyanın Emiliya-Romanya regionuna daxildi. Şəhərdə cəmi 71 min əhali yaşayır. Şəhərin əsası 752-ci ildə Lombardiya kralı Aistiuf tərəfindən qoyulub. Po çayının yaxınlığında yerləşən Karpi şəhəri öz adını bu çayın sahilində yetərincə geniş yayılmış vələs ağacından götürüb. Belə ki, Karpi latıncadan tərcümədə məhz vələs mənasını verir. Karpi şəhəri 1943-cü ildə İtaliyanı işğal edən faşist Almaniyasına müqavimətinə görə İtaliya dövləti tərəfindən "İgidliyə görə" medalıyla təltif edilib. Şəhər həmçinin İtaliyanın əsas parça istehsal edən mərkəzlərindən biri sayılır.
...kiçik klubunun...
Yazının qəhrəmanı olan "Karpi" klubunun əsası 1909-cu ildə qoyulub. Klub 20-ci illərdə indiki A seriyasının xələfi sayılan İtaliya çempionatında bir neçə mövsüm çıxış edir. Daha sonra isə klub davamlı olaraq C və D seriyalarında gün keçirməklə məşğul olur. 2000-ci ildə "Karpi" ciddi maliyyə böhranı keçirərək D seriyasına yuvarlanır. 2002-ci ildə yenidən dirçələn komanda 2013-cü ildən İtaliya B seriyasına yüksəlir. B seriyasında ilk mövsümündə 12-ci olan klubu pley-offdan cəmi 3 xal ayırır. Bu il isə klub ikinci liqada rəqib tanımır. B seriyasında əsas rəqibi "Bolonya"nı 6 xal qabaqlayan "ağ-qırmızılar" A seriyasına birbaşa vəsiqə qazanmağa çox yaxındı. Klub ev oyunlarının statistikasına görə birinci (13 oyun, 9 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət), səfər oyunlarına görə isə ikincidi (13 oyun, 5 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət).
"Karpi" ev oyunlarını kiçik "Sandro Kabassi" stadionunda keçirir. 1928-ci ildə əsası qoyulmuş stadionda 2012-ci ildə yenidənqurma işləri aparılıb. Stadionun tutumu cəmi 4144 nəfərdi.

...böyük iddiaları
Klubun birdən-birə sıçrayışa keçməsində maliyyə mənbəyinin rolu danılmazdı. Belə ki, komandanın yüksəlişi "Blufin" moda eviylə işbirliyindən sonra başlayıb. Karpi şəhərində yerləşən moda evinin illik gəlirləri 100 milyon avrodan artıqdı. Hazırda klubun formasında da məhz "Blufin"in əsas brendlərindən olan "Blumarine"nin reklamı yerləşdirilib. "Blufin"in dünyanın bir çox yerlərində "Blumarine" adında mağazaları var. Maraqlıdı ki, bu şəhərlər arasında Bakı da var.



|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























