27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Xarici futbol

Berluskoni İnzaginin qarşısına şərt qoydu: “Milan” növbəti mövsüm avrokuboklarda oynamalıdı

“A” seriyasının son turunda “Parma” üzərində qazanılan qələbəyə baxmayaraq, Filippo İnzaginin “Milan”dakı taleyi hələ də qeyri-müəyyəndir. Futbolxeber.az-ın Gazzetta dello Sport-a istinadən verdiyi məlumata görə, “Milan”ın sahibi Silvio Berluskoni bu günlərdə İnzagiyə ismarıc göndərib. Klub rəhbəri bildirib ki, “Milan” növbəti mövsüm avrokuboklarda çıxış etməlidir. Əks halda, gənc məşqçi özünə yeni iş yeri axtarmalı olacaq.

Qeyd edək ki, avrokuboklara yollanmaq üçün “Milan” mövsümü ilk “beşlik”də tamamlamalıdır. Hazırda 8-ci pillədə qərarlaşan “qırmızı-qaralar”ı beşinci pillədən cəmi 5 xal ayırır. Qarşıdakı turda isə “Milan” lider “Yuventus”un qonağı olacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31