10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Xarici futbol

“İnter”in növbəti rəqibi uduzdu, potensial rəqibi heç-heçə oynadı

Avroliqanın II təsnifat mərhələsində “İnter”in rəqibi olan İsveçin “Elfsborq” klubu bu gün ölkə çempionatı çərçivəsində səfərdə “Norrkopinq”in qonağı olub. Futbolxeber.az-ın məlumatına görə, 3 gün əvvəl öz meydanında “İnter”ə uduzan “Elsfborq” bu dəfə də meydandan yenilgi ilə ayrılıb. Matç “Elfsborq”un 2:4 hesablı yenilgisi ilə tamamlanıb.

Avroliqanın III təsnifat mərhələsində “İnter”in potensial rəqibi olan Belarusun “Neman” klubu isə ölkə çempionatının növbəti turu çərçivəsində “Minsk”in qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, “Elfsborq”u mübarizədən kənarlaşdıracağı halda, “İnter” Avroliqanın III təsnifat mərhələsində “Neman” - “Hafnarfyordur” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Belarusda baş tutan ilk oyunda qalib aşkarlanmayıb - 1:1.   

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31