Xarici futbol
XX mundialın iştirakçıları: KOLUMBİYA
20 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Kolumbiya millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
Kolumbiya millisi uzun müddət dünya futbolundan təcrid olunmuş vəziyyətdə qalıb. Yalnız 1936-cü ildə Kolumbiya Futbol Federasiyası CONMEBOL-a üzv olub. 2 il sonra isə ölkə millisi ilk beynəlxalq oyununa çıxıb. 1938-ci ilin 10 fevralında Panamada baş tutan matçda Kolumbiya yığması Meksika ilə üz-üzə gəlib. Kolumbiyalıların siftəsi uğursuz alınıb və matç Meksikanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk dəfə beynəlxalq turnirdə Kolumbiya millisi 1945-ci ildə iştirak edib. Amerika kubokunda Kolumbiya yığması Boliviya, Ekvador, Paraqvay və Perunu qabaqlamaqla 9 komanda arasında beşinci olub. Digər tərəfdən isə Kolumbiya millisi Argentina, Braziliya, Çili və Uruqvaydan açıq-aşkar səviyyə baxımından geri qalırdı.
1962-ci ildə Çilidə baş tutan dünya çempionatında Kolumbiya yığması iştirak etsə də, nəticələr ürəkaçan olmadı. Elə sonrakı dövrlərdə də komanda ciddi uğurlar yadda qalmadı.
1975-ci ildə Kolumbiya millisi Amerika Kubokunda finala kimi irəlilədi. Lakin burada 3 oyunun nəticəsinə görə kolumbiyalılar həmin vaxt heyətində Ektor Çumpitas və Teofil Kubilyas kimi əfsanəvi futbolçular olan Peru yığması qarşısında aciz qaldılar.
Kolumbiya futbolundakı ilk “qızıl dövr” 1987-ci il hesab olunur. Həmin vaxt ölkə yığması Amerika kubokunda üçüncü yeri tutdu. Ölkədə isə xeyli sayda istedadlı futbolçu yetişdi. Bu baxımdan Karlos Valderrama, Leonel Alvares, Luis Karlos Perea, Rene İqitanın, sonrakı dövrdən isə Viktor Aristisabal, Oskar Kordoba, Fərdi Mondraqon, İvan Ramiro Kordoba kimilərin adını qeyd etmək olar.
Məhz adıçəkilən futbolçuların sayəsində Kolumbiya əsas uğurlarını 80-cı illərin sonu, 90-cı və 2000-ci illərin əvvələrində qazandı. Fransisko Maturanın rəhbərliyi altınbda komanda DÇ-1990 və DÇ-1994-də mübarizə apardı, eləcə də 2001-ci ildə Amerika kubokunu qazandı.
Son illər ardıcıl gələn uğursuzluqlara isə Kolumbiya millisi cari seçmə mərhələdə son qoydu. Ötən il oktyabrın 11-də Çili ilə 3:3 hesabı ilə başa çatan heç-heçədən sonra Kolumbiya yığması DÇ-2014-ə vəsiqəni rəsmiləşdirdi.
UĞURLAR
Kolumbiya millisi tarixi ərzində yalnız 1 dəfə ciddi uğur qazana bilib. Belə ki, 2001-ci ildə Maturanın rəhbərliyi altında Kolumbiya millisi Amerika Kubokunun qalibi olub. Bundan başqa komanda 3 dəfə (1987, 1993 və 1995-ci illərdə) Amerika Kubokunun bürünc medalını qazanıb.
REKORDÇULAR
Kolumbiya millisinin tarixində ən çox oyun keçirən futbolçu Karlos Valderramadır. O, 1985-1998-ci illərdə yığmanın heyətində 111 oyunda meydana çıxıb və 12 qol vurub. İkinci pillədə qərarlaşan Leonel Alvaresin aktivində 101 oyun var. 1985-1997-ci illərdə yığmanın formasını daşıyan futbolçu 1 dəfə rəqib qapısına yol tapıb. 1990-2001-ci illər aralığında millinin şərəfini qoruyan Freddi Rinkon isə 84 oyunda 17 dəfə fərqlənib. Yığmada ən çox qol vuran futbolçu Arnoldo İquarandır. O, 25 dəfə rəqib qapılarına yol tapıb. Aspirilyanın aktivində 20, millidə çıxışını davam etdirən Radamel Falkaonun aktivində isə 17 qol var.
KOLUMBİYA YIĞMASI MUNDİLLARDA
1930 və 1934-cü illərdə baş tutan dünya çempionatlarından kənarda qalan Kolumbiya millisi DÇ-1938-in seçmə mərhələsində iştirak etsə də, mundialın final mərhələsinə vəsiqə qazana bilməyib. DÇ 1950, DÇ 1954 və DÇ 1958-dən də kənarda qalan Kolumbiya yığması nəhayət 1962-ci ildə ilk dəfə mundiala yüksələ bilib. Amma komanda mübarizəni elə ilk mərhələdə dayandırıb. Növbəti 6 mundialı da kənardan izləyə bilməyən Kolumbiya 1990-cı ildə nəhayət ki dünya çempionatına vəsiqə qazanıb. Özü də İtaliyada baş tutan mundialda komanda tarixində ilk və son dəfə 1/8 finala adlayıb. 1994 və 1998-ci illərdə də mübarizəni qrup mərhələsində dayandıran cənubi amerikalılar 2002-2010-cu illər aralığında baş tutan 3 mundialı da kənardan izləyib.
ƏLA PÜŞK VƏ TƏQVİM
Püşkatma zamanı ilk səbətdə yer alan Kolumbiya millisinin rəqiblərini ideal adlandırmaq olar. Çünki qrupda çox ciddi rəqibin olmaması səbəbindən Kolumbiyanın bəxtini gətirdiyini söyləmək olar. Hər halda Yunanıstan, Fil Dişi Sahili və Yaponiya ilə mübarizədə əsas favorit məhz cənubi amerikalılardır.
Kolumbiya millisi turnirdə ilk oyunu iyunun 14-də Yunanıstana qarşı keçirəcək. “Mineyran” stadionunda baş tutacaq matçın ardınca Kolumbiya, Fil Dişi Sahili ilə üz-üzə gələcək. Bu oyun iyunun 19-da, “Mərkəzi stadion”da baş tutacaq. Qrupdakı son oyununu isə Kolumbiya iyunun 24-də Yaponiyaya qarşı keçirəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























