12 Fevral 2026, Cümə axşamı
Berdıyev 4 oyunluq cəzalandı
Yuri Vernidubdan qələbə şərhi
"Qarabağ" və "Neftçi"dən qələbə
Almeyda rəsmən “Neftçi”də

Xarici futbol

ÇSKA-dan ardıcıl 2-ci çempionluq

Rusiya Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, son tur öncəsi 3 komandanın qızıl medalları qazanmaq şansı var idi.

Həlledici oyunda “Lokomotiv”i tək qolla keçən və bununla da ardıcıl 10-cu qələbəsini qazanan ÇSKA ardıcıl ikinci il Rusiya çempionu adına sahib çıxıb. “Zenit” gümüş, “Lokomotiv” isə bürünc medallara sahib çıxıb.

Çempion və ikinci yerin sahibi növbəti mövsümdə Çempionlar Liqasında, “Lokomotiv”, “Dinamo”, “Krasnodar” və ölkə kubokunun sahibi “Rostov” isə Avroliqada çıxış etmək şansı əldə ediblər.

“Volqa” və “Anji” Premyer Liqayla vidalaşdığı halda, “Tom” və “Krılya Sovetov” birinci diviziona düşməmək üçün play-offda uğur qazanmağa çalışacaqlar.

Son turun nəticələri:

“Amkar” - “Krasnodar” 2:2

“Anji” - “Krılya Sovetov” 0:1

ÇSKA - “Lokomotiv” 1:0

“Kuban” - “Zenit” 1:4

“Rubin” - “Terek” 1:1

“Spartak” - “Dinamo” 3:2

“Tom” - “Rostov” 3:2

“Volqa” - “Ural” 1:2








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28