27 Noyabr 2026, Cümə
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest

Xarici futbol

Kasilya: “Barselona” ilə oyunda heç nədən meydandan qovuldum”

“Espanyol”un qolkiperi Kiko Kasilya La Liqanın 31-ci turu çərçivəsində “Barselona”ya qarşı baş tutan oyunda meydandan qovulması haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, 27 yaşlı qolkiper hakimin qərarını ədalətsiz hesab edir: “Əvvəlcə top mənim sinəmə dəydi. Ümumiyyətlə, meydandan heç nədən qovuldum. Bu, ədalətsizlikdir. Çünki mənim arxamda iki müdafiəçi var idi. Hakim məni meydandan qovmamalıydı”.

Xatırladaq ki, Kiko Kasilya “Espanyol” - “Barselona” (0:1) matçının 83-cü dəqiqəsində qırmızı vərəqə alıb. Həmin ana kimi meydan sahibləri hər 3 əvəzetmə hüququndan yararlandığından, son dəqiqələrdə “Espanyol”un qapısını yarımmüdafiəçi David Lopes Silva qoruyub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30