4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

Nəbi İsgəndərov (70 kq) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sentyabrın 19-da 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.

Seyid Seyidov (85 kq) da 1/16 final görüşünü xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü sentyabrın 18-də 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30