7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Digər idman növləri

Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışın yeddinci günündə həlledici mərhələyə vəsiqə qazanıb.

O, debütdə hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.

H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.

Digər təmsilçilərdən Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya 11:1, hindistanlı Ronak Ronaka 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa uduzan (1:4) güləşçi bürünc medal uğrunda mübarizə aparacaq.

İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub. Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini 11:0 hesabı ilə vaxtından əvvəl sıradan çıxarsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə uduzub (8:19).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31