6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Digər idman növləri

Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub

Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

Futbolxeber.az saytının Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən verdiyi məlumata görə, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub.

İlk görüşdə Kanada yığmasına 45:34 hesabı ilə qalib gələn qadın sablyaçılarımız ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada dünya çempionu Macarıstan kollektivinə 32:45 hesabı ilə uduzub.

Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Polşa sablyaçılarına 34:45 məğlub olsa da, Honkonq (45:40) və Bolqarıstan (45:36) yığmasına qalib gələrək yekun sıralamada 28 komanda arasında 13-cü sırada qərarlaşıb.

Kişi sablyaçıların komanda yarışında Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət millimiz 30-cu olub.

İlk görüşdə Küveyt yığmasına 45:39 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ən güclü "16-lığ"a yüksəlmək üçün keçirilən qarşılaşmada Macarıstan sablyaçılarına 27:45 hesabı ilə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30