5 Noyabr 2026, Cümə axşamı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Digər idman növləri

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək.

Futbolxeber.az saytına bu barədə MPK-dan məlumat verilib.

İyunun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunacaq turnirdə 30-a yaxın paraüzgüçü 9 kateqoriya üzrə qüvvəsini sınayacaq.

Yarışın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafını dəstəkləmək, həmçinin gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək yeni paraüzgüçülər nəslinin formalaşdırılmasına töhfə verməkdir.

İlk dəfə təşkil olunacaq paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30