6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

MPK rəhbərliyi beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi İtaliyanın paytaxtı Romada keçirilmiş Qran-pridə və Almaniyada baş tutmuş Prezident Kubokunda uğurla çıxış etmiş parataekvondoçularla görüş keçirib.

Futbolxeber.az saytına bu barədə MPK-dan məlumat verilib.

Milli Paralimpiya Komitəsində baş tutan toplantıda yarışlarda ümumilikdə 2 qızıl və 3 bürünc medal qazanan parataekvondoçular - İmaməddin Xəlilov, Sabir Zeynalov, Amin Əliyev, eləcə də milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.

Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı beynəlxalq turnirlər və gələcək hədəflər müzakirə olunub. Həmçinin milli komandanın uğurlarının davamlılığının təmin edilməsi, hazırlıq prosesinin daha da təkmilləşdirilməsi və idmançıların inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.

Görüşdə Milli Paralimpiya Komitəsi prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30