6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

AMADA ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu qurumun icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalanıb.

Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur.

Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30