22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Digər idman növləri

Millimizin baş məşqçisi Vyetnamda təlim keçib

İyunun 2-dən 7-dək iyun tarixlərində Vyetnamın Dananq şəhərində Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Dünya Güləş Birliyinin (UWW) əməkdaşlığı çərçivəsində “Level 2 Coaching Course və Beach Wrestling Coaching Course” təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, təlimləri bolqarıstanlı mütəxəssis Georgi Sredkov, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin (IOC) müşahidəçisi, UWW-nin məşqçilik təhsili üzrə mütəxəssisi və ali qurumun Çimərlik Güləşi Komitəsinin üzvü olan milli komandanın baş məşqçisi Oyan Nəzəriani keçib.

Altı gün davam edən kurs zamanı iştirakçılara güləş üzrə müasir məşqçilik metodları, nəzəri və praktiki təlimlər keçirilib. Proqram çərçivəsində UWW-nin tədris materialları və metodik vəsaitləri ətraflı şəkildə öyrənilib, məşq prosesinin təşkili və idmançıların hazırlığı ilə bağlı qabaqcıl yanaşmalar iştirakçılarla bölüşülüb. Kursun yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir məşqçilərin peşəkar bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin paylaşılması və güləş idman növünün inkişafına töhfə vermək məqsədi daşıyıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30