24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Cüdo millimiz Avropa Kubokunda ikinci oldu

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb.

-90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib.

Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub. Roman Qarayev (-81 kq), Aslan Kotsoyev (-90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.

Yarışın ilk günündə Məhəmməd Musayev (-66 kq) qızıl medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31