7 Noyabr 2026, Şənbə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri məlum olub

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda U-19 və U-15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstəriblər. 4 gün davam edən birincilikdə paytaxt Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

U-19 yaş qrupunda şəxsi yarışlar Adil Əhmədzadə ilə Aylin Əsgərovanın qələbəsi ilə nəticələnib. U-15 yaş qrupunda isə Onur Quluzadə ilə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəlib.

Qoşa yarışlarda Adil Əhmədzadə - Rüstəm Hacılı, Mərziyyə Nurmətova – Aylin Əsgərova tandemi U-19, Onur Quluzadə - Əliəkbər Mirzəliyev, Yağmur Məmmədli – Sofiya Trofimenko cütlüyü isə U-15 yaş qrupunda birinci yeri tutub.

Qarışıq qoşa növündə isə Rüstəm Hacılı – Aylin Əsgərova, Onur Quluzadə - Yağmur Məmmədli tandemi müvafiq yaş qruplarında baş mükafata yiyələniblər.

Qızların komanda mübarizəsində hər iki yaş qrupunda Sumqayıt-1, oğlanların yarışında isə Bakı-1 kollektivi qalib gəlib.

Qalib idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30