7 Noyabr 2026, Şənbə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AFV) prezidenti Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüş keçirib.

Futbolxeber.az saytına AFV-dən verilən məlumata görə, görüşdə Milli Məclisin deputatı Kamallədin Qafarov, federasiyanın Naxçıvan filialının direktoru Vüqar Əliyev, sponsor şirkətlərin rəhbərləri və voleybol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Naxçıvan filialının direktor müavini Rahil Tahirli regionda voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması, eləcə də əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, son illərdə şəhər və rayon məktəblərində aparılan seleksiya işləri nəticəsində yüzlərlə perspektivli gənc voleybola cəlb olunub, xüsusilə qız voleybolunun inkişafı istiqamətində mühüm irəliləyişlər əldə edilib.

Qeyd olunub ki, son iki il ərzində Naxçıvanın yeniyetmə oğlan və qızlardan ibarət komandaları Azərbaycan çempionatlarında iştirak edərək 2 qızıl və 4 bürünc medal qazanıblar. Bundan əlavə, 15-dən çox idmançı müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına cəlb olunub.

Şahin Bağırov çıxışında ölkədə voleybolun kompleks inkişafı, uşaq voleyboluna göstərilən diqqət və yaradılan şəraitdən danışıb. O, yeniyetmələr arasında keçirilən çempionatların gələcək nəsil idmançılarının yetişməsində mühüm rol oynadığını vurğulayıb.

AVF prezidenti bu işlərdə valideynlərin rolunu xüsusi qeyd edərək, idmançı, məşqçi və ailə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, Naxçıvanda voleybolun inkişafı gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Sonda Şahin Bağırov yeniyetmə voleybolçuların məşq prosesini və "Möminə Xatun" komandasının oyununu izləyib, milli komandaya seçilən idmançılarla maraqlanıb. Daha sonra sponsorlar və məşqçilərlə regionda voleybolun inkişaf perspektivləri müzakirə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30