22 Sentyabr 2026, Çərşənbə axşamı
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Digər idman növləri

"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.

Mayın 8-dən 10-dək keçiriləcək Astana "Böyük Dəbilqə"sində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək.

Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:

Kişilər

66 kq, 1/16 final

Rəşad Yelkiyev - Hyonu An (Koreya)

Turan Bayramov - Matteo Piras (İtaliya)

73 kq, 1/8 final

Rəşid Məmmədəliyev - Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə

90 kq, 1/16 final

Aslan Kotsoyev - Aybol Nissanali (Qazaxıstan)

+100 kq, 1/8 final

Camal Feyziyev - Yakub Sordil (Polşa)

Uşanqi Kokauri - Jantilek Nurtilepuli (Qazaxıstan)

Qadınlar

48 kq, 1/16 final

Şəfəq Həmidova - Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final

Könül Əliyeva - Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final

Leyla Əliyeva - Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final

Gültac Məmmədəliyeva - Şraddha Kadubal Çopade (Hindistan)

70 kq, 1/8 final

Südabə Ağayeva - Miriam Butkereyt (Almaniya)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30