7 Noyabr 2026, Şənbə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

AMADA 2027-ci ildən qüvvəyə minəcək antidopinq yeniliklərini federasiyalara açıqlayıb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə keçirilən "Ədalətli İdman Ayı – 2026" çərçivəsində idman federasiyalarının baş katibləri ilə görüş təşkil olunub.

Futbolxeber.az saytına bu barədə AMADA-dan məlumat verilib.

"Ümumdünya Antidopinq Məcəlləsi 2027: Əsas yeniliklər və institusional dəyişikliklər" adlı tədbirdə 40-dək federasiyanı təmsil edən nümayəndələr iştirak ediblər. Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində və beynəlxalq standartlarda nəzərdə tutulan yenilikləri diqqətə çatdırmaq, bu dəyişikliklərin tətbiqi ilə bağlı federasiyaların rolunu və öhdəliklərini izah etmək olub.

Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov antidopinq sahəsində aparılan sistemli tədbirlərin əhəmiyyətini vurğulayaraq, federasiyalarla sıx əməkdaşlığın təmiz idman mühitinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə çıxışında yeni Məcəllənin tətbiqinin idman idarəçiliyində şəffaflığın və məsuliyyətin daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib, federasiyaları bu istiqamətdə fəal iştirak etməyə çağırıb.

Görüş zamanı AMADA-nın əməkdaşları yeni Məcəllədən irəli gələn tələblər, yenilənmiş prosedurlar, nəticələrin idarə olunması mexanizmləri, maarifləndirmə öhdəlikləri və uyğunluq məsələləri ilə bağlı təqdimatlarla çıxış ediblər.

Sonda federasiya nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30