7 Noyabr 2026, Şənbə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

"Baku Open" Beynəlxalq Şahmat Festivalının son turu start götürüb

"Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Kristal Zalındakı turnirdə son turun rəmzi ilk gedişlərini Avropa Şahmat Birliyinin Prezidenti Zurab Azmayparaşvili, Türkiyə Şahmat Federasiyasının Prezidenti Fethi Apaydın, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və digər rəsmi şəxslər ediblər.

Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30