28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Digər idman növləri

Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Aprelin 14-də 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 219 cüdoçu (175 kişi, 44 qadın) 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 (iki) yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31