Digər idman növləri
AMADA rəsmilərinin süni intellektə dair elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub
Beynəlxalq indeksləşdirmə sistemi - SCOPUS bazasına daxil olan “Law. Human. Environment” jurnalında antidopinq sahəsində süni intellektə həsr olunmuş elmi məqalə dərc edilib.
Futbolxeber.az saytına Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) bildirilib ki, “Dopinqə qarşı mübarizədə süni intellekt: İrəliləyişlə etik və hüquqi dilemma arasında” adlı məqalənin həmmüəllifləri AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyevdir.
Antidopinq sahəsində süni intellektin istifadəsinə həsr olunmuş yeni resenziyalı elmi məqalədə texnoloji tərəqqinin şəffaflığı, idmançı hüquqlarının qorunmasını və prosedur ədalətini təmin edən güclü mexanizmlərlə müşayiət olunması aydın şəkildə vurğulanır.
Məqalədə süni intellektin antidopinq sistemlərində artan rolu araşdırılır və onun anomaliyaların aşkarlanmasını təkmilləşdirmək, riskəsaslı monitorinqi gücləndirmək, daha hədəfli testləri dəstəkləmək, habelə bioloji və performansla bağlı məlumatların təhlilini inkişaf etdirmək potensialı diqqətə çatdırılır.
Məqalənin əsas tezisi ondan ibarətdir ki, süni intellekt antidopinq sahəsində legitim rol oynayacaqsa, onun tətbiqi şəffaflıq, hesabatlılıq, izaholunma, ayrı-seçkiliyin yolverilməzliyi, məlumatların qorunması və prosedur ədaləti prinsiplərinə möhkəm şəkildə əsaslanmalıdır.
Elmi məqalədə bu məsələnin hüquqi və tənzimləyici ölçüləri Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, Ümumdünya Antidopinq Məcəlləsi və əlaqəli Beynəlxalq Standartlar, eləcə də Avropa Şurasının 2024-cü ildə qəbul etdiyi Süni İntellekt və İnsan Hüquqları, Demokratiya və Hüququn Aliliyi üzrə Çərçivə Konvensiyası (CETS No. 225) kontekstində təhlil olunur.
Müəlliflərin fikrincə, yaxın illərdə əsas idarəetmə çağırışlarından biri getdikcə daha güclü analitik alətlərin idmançı hüquqlarını qorumaq üçün zəruri olan təminat mexanizmlərini qabaqlamamasını təmin etmək olacaq.
Həmçinin məqalədə süni intellektin antidopinq sahəsində məsuliyyətli istifadəsi üçün bir sıra prioritet istiqamətlər də göstərilir. Bunlara insanmərkəzli və hibrid qərarvermə modelləri, çoxtərəfli idarəetmə və etik audit, eləcə də standartlaşdırma və məlumat bütövlüyü üçün daha güclü təminatlar daxildir. Bütün bunlar innovasiyanın legitimliyi zəiflətməsinə deyil, əksinə, onu gücləndirməsinə xidmət etməlidir.
Eyni zamanda, müəlliflər vurğulayırlar ki, bir sıra mühüm risklər hələ də həll olunmamış qalır. Bunlara alqoritmik qərəz, məhdud izaholunma, süni intellekt dəstəkli qərarlara etiraz etmək üçün yetərli mexanizmlərin olmaması, həssas idmançı məlumatlarının məxfiliyi ilə bağlı narahatlıqlar, habelə qabaqcıl texnologiyalara çıxışda bərabərsizliyin dərinləşməsi daxildir.
Məqalə ilə bağlı fikirlərini bölüşən Təhminə Tağı-zadə bildirib ki, süni intellekt antidopinq fəaliyyətinin gücləndirilməsi, xüsusilə, analitik imkanların artırılması, risklərin qiymətləndirilməsinin təkmilləşdirilməsi və daha əsaslandırılmış monitorinqin təmin olunması baxımından mühüm yeni imkanlar yaradır: “Bununla belə, onun legitimliyi tam şəkildə etik prinsiplərə, hüquqi təminatlara və idmançı hüquqlarına tam hörmətə söykənib-söykənməməsindən asılı olacaq”.
Rüfət Efendiyev isə qeyd edib ki, süni intellektin antidopinq sisteminin gələcək inkişafının bir hissəsinə çevriləcəyi getdikcə daha aydın görünür: “Qlobal antidopinq sistemi antidopinq məlumatlarına və süni intellektə daha böyük strateji diqqət ayırdıqca, bu keçidin məsuliyyətli şəkildə idarə olunmasını təmin etmək daha da vacib olur. Əks halda, sistemin imkanları onu dəstəkləmək üçün zəruri olan etimad və legitimlikdən daha sürətlə inkişaf edə bilər”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
14.11.2026
13.11.2026
12.11.2026
























