28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Digər idman növləri

Böyük İpək Yolu: Boks millimizdən 21 medal

Bakıda kişi və qadın boksçular arasında keçirilən ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan turnir Azərbaycan millisi üçün uğurlu alınıb. Bu gün baş tutan final mərhələsinin ilk görüşündə Sübhan Mamedov (50 kq) komanda yoldaşı Bilalhəbaşi Nəzərovla döyüşüb. Döyüş dünya çempionunun 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca da həlledici mərhələdə Azərbaycan duelləri olub. Amin Məmmədzadə (55 kq) Zəlimxan Süleymanova qalib gələrək qızıl medala yiyələnib. Tayfur Əliyev (60 kq) – Məhəmmədəli Aşırəliyev və Malik Həsənov (65 kq) – Zaur Qəhrəmanov qarşılaşmaları birincilərin aktivinə yazılıb.

90 kq-da Surət Qarayev Coşua Heskeni (Avstraliya) məğlub edib – 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28). Məhəmməd Abdullayev (+90 kq) də komanda yoldaşlarının uğurunu davam etdirib. O, Aleksandr Şauya (Avstraliya) 3:2 (29:28, 29:28, 27:30, 30:27, 27:30) hesabı ilə qalib gələrək çəkisinin ən güclüsü olub.

Digər boksçularımızdan Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc medal qazanıblar.

Millimiz 21 medalla (6 qızıl, 5 gümüş, 10 bürünc) komanda hesabında birinci yeri tutub və "Böyük İpək Yolu" kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, "üçlüy"ü Türkiyə (3-0-3) qapayıb.

Turnirdə ən yaxşı boksçu Bakberqen Aliaskarov (Qazaxıstan) seçilib. Raşid Benaiça (Əlcəzair) ən yaxşı hakim adına layiq görülüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31