28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Digər idman növləri

Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib

Daşkəsəndə yeni cüdo zalı fəaliyyətə başlayıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib.

Bu münasibətlə keçirilən açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

ACF tərəfindən zal müasir standartlara uyğun tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi, Qəbələnin Vəndam qəsəbəsi və Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib.

Bununla yanaşı, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31