22 May 2026, Cümə
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
"Neftçi" ölkə kubokunun qalibi oldu
İnfantino "Sabah"ı təbrik edib
XXXIII turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb

Sərbəst güləş üzrə U-20 millisinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) idmançısı Nicat Həsənov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Journeymen World Classic” beynəlxalq turnirində bürünc medal qazanıb.

Futbolxeber.az saytına AİJA-dan bildirilib ki, 63.5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iki amerikalı rəqibinə qalib gəldikdən sonra yarımfinalda Kanada idmançısına məğlub olaraq 3-cü yer uğrunda mübarizəni davam etdirib. O, bürünc medal görüşündə Gürcüstan təmsilçisinə qalib gələrək fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, ABŞ və Azərbaycan arasında güləş əlaqələrinin inkişafına verdiyi töhfəyə görə turnirin təşkilatçısı Frank Popolizio Azərbaycan Güləş Federasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib. Turnirin təşkilatı işlərinə cavabdeh Marilena Popolizioya üzərində Azərbaycan mədəniyyətini və incəsənətini özündə əks etdirən hədiyyələr təqdim olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31