24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Azərbaycan və Türkmənistan atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) ilə Türkmənistanın "Türkmən atları" Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Futbolxeber.az saytına ARAF-dan verilən məlumata görə, sənəd Azərbaycan ilə Türkmənistan arasında atçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və bu sahədə birgə fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Memoranduma əsasən tərəflər atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə ediblər.

Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulub.

Bildirilib ki, memorandum Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31