24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib

Stolüstü tennis üzrə ölkə çempionatı davam edir.

Futbolxeber.az saytına Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) bildirilib ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri qatılıblar.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında bacarıqlarını göstəriblər. Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa çatıb. Bakı-2 ikinci, Bakı-3 və Şabran kollektivi üçüncü yerləri tutub.

Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası ikinci yeri tutub. Bakı-2 və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatına martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31