9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Digər idman növləri

AMADA 10 illik yubileyi münasibətilə sosial layihəyə başlayıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılmasının 10 illiyi münasibətilə "10ların təbəssümü" adlı yeni sosial layihəyə start verib.

Futbolxeber.az saytının məlumatına görə, layihənin məqsədi cəmiyyətin həssas qrupları ilə birbaşa ünsiyyət qurmaq, onlara mənəvi dəstək göstərmək və qurumun sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.

Layihə çərçivəsində AMADA əməkdaşları valideyn himayəsindən məhrum uşaqlar, xüsusi ehtiyacı olan şəxslər, şəhid və qazi ailələri, eləcə də aztəminatlı ailələrlə görüşlər keçirəcəklər. Təşəbbüs insanlara dəyər verildiyini hiss etdirmək, sosial həmrəylik mesajını çatdırmaq və mənəvi dəstəyi gücləndirmək məqsədi daşıyır.

Sosial layihə çərçivəsində ilk görüş Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağında təşkil olunub. AMADA-nın kollektivi uşaqlarla birbaşa ünsiyyət qurub, onların gündəlik həyatı və istəkləri ilə maraqlanıb, hədiyyələr təqdim ediblər. Həmçinin əyləncəli və interaktiv fəaliyyətlər təşkil olunub. Görüş uşaqların sosial fəallığının artırılmasına və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə vermək məqsədi daşıyıb.

"10ların təbəssümü" layihəsi il ərzində davam etdiriləcək, sosial dəstək tədbirləri digər həssas qrupları da əhatə edəcək. Layihə AMADA-nın missiyasına uyğun olaraq sosial rifahın və inklüziv cəmiyyət prinsiplərinin təşviqinə xidmət edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30