24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Boksçumuz erməniyə qalib gəldi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. O, böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.

Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 29:27) hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.

Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, “Strandja”da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31