19 Avqust 2026, Çərşənbə
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi

Digər idman növləri

FIDE 2026-cı ilin ilk reytinqini açıqladı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 2730 xalla 19-cu pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci sıradadır. Aydın Süleymanlı isə bu dəfə lk 100-lükdən kənarda qalıb. O, 26 28 xalla 101-ci yerdə qərarlaşıb.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir. Qadın şahmatçılardan isə reytinq cədvəlində çinli Hou İfan (2613) liderdir.

Azərbaycanın qadın şahmatçılarından Ülviyyə Fətəliyeva (2434) 27-ci, Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı yerdədir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31