Digər idman növləri
Azərbaycan Milli Antidopinq Agentliyi 2025-ci ili mühüm nailiyyətlərlə başa vurur
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ili mühüm nailiyyətlərlə başa vurur.
Futbolxeber.az saytına AMADA-dan verilən məlumata görə, cari ildə agentlik beynəlxalq tələblərə uyğun fəaliyyətini daha da təkmilləşdirərək, qabaqcıl təcrübələrin və innovativ yanaşmaların tətbiqi ilə ölkədə antidopinq nəzarətinin keyfiyyətini yeni mərhələyə yüksəldib. 2025-ci il AMADA üçün strateji baxımdan əhəmiyyətli beynəlxalq tədbirlər, elmi-praktik müzakirələr və məqsədyönlü təşəbbüslərlə müşayiət olunub.
2025-ci ildə idmançılardan 1100 dopinq testi götürülüb. Test Bölüşdürmə Planı 29 idman növünü və 53 alt növü əhatə edib. Milli və beynəlxalq yarışlar olmaqla, ümumilikdə 45 turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 81,7 faizi Bakı və Sumqayıtda, 18,3 faizi isə bölgələrdə götürülüb. Ötən illə müqayisədə bölgələrdə test nümunələrinin götürülməsində artım qeydə alınıb.
Cari il ərzində AMADA tərəfindən yeni 19 antidopinq qayda pozuntusu aşkar edilərək iş başladılıb. Cari il ərzində 73 təhqiqat işi həyata keçirilib, 10 idmançının nümunəsində atipik nəticə aşkar edilib. Həmin idmançılar barəsində müvafiq araşdırmalar aparılıb, əlavə nümunələr toplanıb və əlavə laborator analizlər sifariş edilib.
Hesabat dövründə həm bu il qeydə alınmış, həm də əvvəlki illərdə açılmış işlərin 22-si yekunlaşdırılıb. Bu işlərdən 17-si idmançıların sanksiya alması ilə nəticələnib. Belə ki, idmanın boks növündə 5, güləş, kikboksinq və qol güləşində 2, digər idman növlərində (futbol, basketbol, karate, atıcılıq, atletika və pauerliftinq) isə 1 antidopinq qayda pozuntusuna rast gəlinib.
Maarifləndirmə AMADA-nın fəaliyyətində əsas və strateji istiqamətlərdən birini təşkil edir. Belə ki, 2025-ci ildə 4292 şəxsi əhatə edən, ümumilikdə, 106 maarifləndirmə tədbiri təşkil olunub.
Cari ildə Agentliyin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa, həmçinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans təşkil olunub. Bundan əlavə, AMADA tərəfindən UNESCO-nun antidopinq sahəsində maliyyələşdirmə proqramına təqdim olunan layihə beynəlxalq müsabiqədə qalib elan edilib. Beynəlxalq Test Agentliyi (ITA) tərəfindən hazırlanan “Milli Olimpiya Komitələri üçün təmiz idman təhsili bələdçisi”ndə AMADA-nın təbliğat fəaliyyəti beynəlxalq nümunə kimi göstərilib. AMADA Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) tərəfindən koordinasiya olunan Data analitikası üzrə İşçi Qrupunun fəal üzvü kimi çıxış edib.
2025-ci ildə AMADA Avropa antidopinq siyasəti çərçivəsində gender istiqamətinə rəhbərlik edib. Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsində (CAHAMA), eləcə də Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun (T-DO) “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə ekspert qrupunda bu fəaliyyətin koordinasiyasını həyata keçirib.
Agentlik ölkəmizdə ilk dəfə keçirilən III MDB Oyunlarında testetmə və maarifləndirmə fəaliyyətləri ilə təmiz idman prinsiplərinə sarsılmaz sadiqliyini bir daha nümayiş etdirdi. Yüksək peşəkarlıqla təşkil olunan dopinq nəzarəti prosesi ilə yanaşı, 7 şəhəri əhatə edən genişmiqyaslı maarifləndirmə təşəbbüsləri vasitəsilə idmançılar, məşqçilər, həkimlər və digərləri, həmçinin idman ictimaiyyəti arasında dürüstlük və məsuliyyət dəyərləri güclü mesajlarla təbliğ olunub.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində AMADA-nın dəstəyi, Azərbaycan Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə Türkiyənin Bursa şəhərində yerləşən Kosmik Aviasiya Tədqiqat Mərkəzində məktəbli şəhid övladlarının "Zəfər Yolu" qış düşərgəsi keçirilib. Düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid övladı iştirak edib.
AMADA-nın təşəbbüsü ilə 7-13 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edilib. “Ədalətli idman həftəsi - 2025” çərçivəsində AMADA-nın müxtəlif sosial media kanallarında Ədalətli İdman Günü ilə bağlı paylaşımlar edilib. Habelə məlumatlandırıcı post və hekayələr paylaşılıb, idman ictimaiyyətinin tanınmış simalarının fikirləri, eyni zamanda, həmin gün ilə bağlı sorğulardan ibarət müsabiqələr təşkil olunub, qaliblər mükafatlandırılıb.
Cari ildə AMADA Polşa, Litva, Avstriya milli antidopinq təşkilatları, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Azərbaycan Deflimpiya Komitəsi ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Millimiz FIFA reytinqində irəlilədi
- Gəncədə qalib aşkarlanmadı
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- U-20 millimiz İraqa qalib gəldi
-
20:56
“Neftçi” "Zirə”ni məğlub etdi
-
20:14
“Neftçi”nin oyununa gəldi, İstanbula bilet qazandı
-
18:33
Aleks de Souza bu klubun baş məşqçisi oldu
-
17:51
Yamal və Belingem bu ad uğrunda yarışacaq
-
17:25
Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada beynəlxalq turnirin qalibi olub
-
17:00
Tresoldi üçün “Barselona”, “Bavariya” və “Arsenal” variantı
-
16:49
I Liqada 15 oyunun vaxtı açıqlandı
-
16:12
Batumidə saxlanılan "Beşiktaş" azarkeşləri sərbəst buraxılıb
-
15:58
Klub rəsmisi açıqladı - “Şirvan”da maliyyə problemi mövcud deyil
-
15:26
“Turan” İstanbulda çətin sınağa çıxacaq
-
15:03
Mourinyo və Flik ayın ən yaxşısı adına namizəddirlər
-
14:34
Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək
-
14:11
İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
-
13:45
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
-
13:00
Boksçularımız IBA Prezident kubokunda mübarizə aparacaqlar
-
12:27
"Şahdağ Qusar"dan vacib qələbə VİDEO
-
12:09
Millimizin hücumçusu “İnter” və “Yuventus”un hədəfində?
-
11:32
“Qarabağ” azarkeşlərə səsləndi: “Tribunada gözləyirik” VİDEO
-
11:18
"Neftçi" legioneri ilə yollarını ayırıb
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:54
Murad Məmmədov Konfrans Liqasında debüt etdi
-
09:31
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:15
"Beşiktaş" "Hapoel"i belə məğlub etdi VİDEO
-
19:00
"Neftçi" "Zirə" ilə oyuna hazırdır FOTOLENT
-
18:31
Güləş Federasiyasında veteran güləşçilərlə görüş təşkil edilib
-
17:55
"Sumqayıt"ın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
-
17:29
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri məlum olub
-
17:04
Millimiz Serbiyaya uduzdu
-
16:48
"Şahdağ Qusar" I dövrənin qalibi oldu
-
15:56
XIII turun hakimlər təyinatları
-
15:12
"Sumqayıt"ın məşqçisi: “Komandamıza güvənirəm”
-
14:53
Şevçenkonun oğlu 7-ci divizion klubu ilə müqavilə imzaladı
-
14:27
İstanbul derbisinin hakimləri açıqlandı
-
14:00
İnsan beyni vs süni zəka... - Sənan Şəfizadənin reportajı VİDEO
-
13:41
Güləş millilərimizin məşqçiləri və tibbi personalı üçün seminar
-
13:15
"Neftçi" heyətini amerikalı legionerlə gücləndirib
-
12:38
Meksikada 26 yaşlı futbolçu öldürüldü
-
11:54
Çempionlar Liqasında qeyri-adi olay: hakim meydana sərxoş halda çıxdı
-
11:29
“Sabah” - “Barselona” oyununda faciə
-
11:06
"Vilyarreal"ın qələbəsi VİDEO
-
10:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
"Sportinq" - "Mançester Yunayted" matçında 4 qol VİDEO
-
09:52
Millimizin üzvü "Sampdoriya"da dubl etdi
-
09:30
"Barselona" Bakıdan qələbə ilə qayıtdı VİDEO
-
19:51
“Bavariya” Almaniya millisinin hücumçusu ilə güclənə bilər
-
19:33
"Qarabağ" "Sumqayıt"la oyuna hazırlaşır FOTOLENT
-
19:00
Mbappe Ronaldonu geridə qoydu
-
18:45
“Neftçi” üçün 3 mövzuda seminar
-
18:27
Elçin Məsiyev dünya çempionatının oyununa təyinat aldı
27.11.2026
26.11.2026
25.11.2026
























