6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Digər idman növləri

MDB Oyunlarında voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında mükafatçılar müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, dairəvi sistem üzrə keçirilən yarışda bu gün son oyunlar baş tutub. Gəncə İdman Sarayında keçirilən ilk qarşılaşma Rusiya və Qırğızıstan komandaları arasında olub. Görüş Rusiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca meydançaya Azərbaycan və Belarus yığmaları çıxıblar. Bu qarşılaşmada 3:1 hesabı ilə Belarus yığması qalib gəlib.

Beləliklə, oyunların nəticəsinə görə Rusiya millisi 12 xalla (4 qələbə) qızıl, Belarus yığması 9 xalla (3 qələbə) gümüş, Özbəkistan komandası isə 6 xalla (2 qələbə) bürünc medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30