28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Digər idman növləri

Formula 1 pilotları Bakıda qutab hazırlayıblar

Formula 1 Azərbaycan Qran -prisi çərçivəsində Paddok ərazisində yerləşən "Chill Zone"də maraqlı anlar yaşanıb.

Futbolxeber.az saytına Bakı Şəhər Halqasından verilən məlumata görə, "Alpin" komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də "Red Bull"un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların hazırladığı yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutab ənənəvi formadan uzaq olsa da, zarafatla “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?”, – deyə bildirib.

Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31