23 May 2026, Şənbə
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
Qurban Qurbanovdan qələbə şərhi

Digər idman növləri

DÇ: Azərbaycanın 3 güləşçisi bu gün mübarizəyə start verəcək

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Futbolxeber.az saytının məlumatına görə, yarışın yeddinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31