28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Digər idman növləri

Azərbaycanın idman gimnastları beynəlxalq turnirdə 7 medal qazanıblar

Belarusun Mogilyov şəhərində idman gimnastikası üzrə Açıq kubok təşkil olunub.

Futbolxeber.az saytına Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, qadın idmançıların mübarizəsində isə Dəniz Əliyeva, Nazənin Teymurova, Aytən Məmmədova, Leyla Məmmədzadə, Albina Əliyeva, Aynaz Məcidzadə və Xədicə Abbaszadə təmsil ediblər.

Gimnastlarımız uğurla çıxış edərək ölkəmizə 7 medalla qayıdıblar. Albina Əliyeva qızıl medal (dayaqlı tullanma), Rəsul Əhmədzadə 1 gümüş (sərbəst hərəkətlər), 2 bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma) və bürünc (sərbəst hərəkətlər), Leyla Məmmədzadə isə bürünc medal (dayaqlı tullanma) qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31